Ötən gün Qazaxıstanın Almatı şəhərində “Zəhər tuluğu” filminin qala gecəsi baş tutub. Bu haqda mayın 21-də APA xəbər verib.
Tədbirdə filmin prodüseri və rejissoru Orxan Mərdan, filmin rejissoru və baş rolun ifaçısı Taleh Yüzbəyov, aktyorlar Əlixan Rəcəbov, Ləman Mərrih, Qazaxıstanın kino və incəsənət nümayəndələri, Azərbaycanın Qazaxıstandakı nümayəndəliyinin üzvləri iştirak ediblər.
Məlumata görə, “Zəhər tuluğu” xarici ölkədə qala gecəsinin keçirildiyi ilk Azərbaycan filmidir.