Nərimanov Rayon Məhkəməsi "Qazaxlı Alik"in oğlu Fuad Muradov haqqında həbs qərarı elan edib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 5 oktyabr tarixində xəbər verir.
Nərimanov rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
F.Muradov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ötən gün saxlanılıb. O, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.
"Qazaxlı Alik" ləqəbi ilə tanınan Arif Muradov 1-ci Qarabağ müharibəsinin veteranıdır. Ehtiyatda olan polkovnikdir.