Son günlər yağan yağışlar və dolu düşməsi nəticəsində Ağdamın kənd təsərrüfatına ziyan dəyib. Bu barədə 26 may tarixində Trend məlumat verib.
Məlumata əsasən, 83 fermerə məxsus 397,92 hektar pambıq sahəsi məhv edilib. Bununla bağlı dəymiş ziyanın aradan qaldırılması üçün artıq 30 hektar sahədə təkrar səpin işləri aparılıb, 192,92 hektar sahədə isə təkrar səpin işləri aparılacaq.
Bundan əlavə, rayonun “Ergi” ərazisində 86 hektar buğda sahəsinə, Əfətli kəndində isə 78 hektar qarğıdalı və 3 hektar soğan sahəsinə ziyan dəyib.