1 may - 22 iyun tarixlərində dönər istehsalı və satışı ilə məşğul olan 9 müəssisədə yoxlama həyata keçirilib. Bu barədə iyunun 24-də Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, 9 müəssisədə sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, 3 müəssisədə məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarının və temperatur rejiminin pozulması, 1 müəssisədə isə məhsulun etiketlənməsinə dair tələblərə riayət olunmaması faktı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkarlar barəsində protokol tərtib olunmaqla cərimə tətbiq edilib.