Füzulidə qızını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Bu barədə 8 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə cari ilin mart ayında Füzuli rayon ərazisində baş verib. Belə ki, 1957-ci il təvəllüdlü kişi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 1989-cu il təvəllüdlü qızına çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.
Saxlanılan şəxsə “qəsdən adam öldürmə” maddəsilə ittiham irəli sürülüb.