Qobustan rayonunda narkotikin onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər tutulub. Bu haqda mayın 11-də Report xəbər yayıb.
Bakı şəhər sakini Məmmədiyyə Alxazov və Cəlilabad rayon sakini Ramal Əliyev saxlanılıb. Onlardan 2 kiloqram 170 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq narkokuryerliyə cəlb olunublar. Onlar Qobustan şəhəri ərazisində bu əməllərini reallaşdırmaq istəyərkən polis tərəfindən iş başında yaxalanıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.