Bu gün, iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb. Tədbirdə Prezident İlham Əliyev iştirak edir. Bu barədə ölkə başçısının mətbuat xidmətindən xəbər verilib.
Konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir üç gün davam edəcək.
Tədbir çərçivəsində “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq.
Həmçinin konfrans iştirakçılarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşaya səfəri planlaşdırılır.