Ötən gün axşam saatlarından etibarən Quba rayonunun bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb. Bu barədə mayın 25-də APA xəbər verib.
Məlumata görə, Qrız kəndinə 14 santimetr qar yağıb, havanın temperaturu isə -1° təşkil edib. Həmçinin Xınalıq kəndində qarın hündürlüyü 10 santimetrə çatıb.
Ucqar dağ kəndlərində qar yağmaqda davam edir.