Qubada doğuş zamanı ana və körpəsi ölüb. Bu barədə 17 oktyabr tarixində Report məlumat verib.
Hadisə Quba Regional Perinatal Mərkəzdə qeydə alınıb.
Belə ki, Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Pərzad Firudin qızı Qasımova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.