Dekabrın 6-da 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolu istismara verilib. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər.
Bu yolun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunacaq. Yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində əmələ gələn qabarmalar və çalalar yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.
Quba-Qonaqkənd yolunun yenidən qurulması əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradacaq və turizm imkanlarını genişləndirəcək.
[URIS id=15012]