Quba rayonunda 8 yaşlı uşaq antibiotik vurulması nəticəsində dünyasını dəyişib. Bu barədə oktyabrın 15-də Report xəbər yayıb.
Hadisə Barlı qəsəbəsində baş verib. Ailə üzvlərinin sözlərinə görə, Həsən Məmmədova ev şəraitində antibiotik iynə vurulub. Azyaşlının səhhəti pisləşdiyindən ailəsi onu xəstəxanaya çatdırıb.
Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.