İyunun 27-də saat 22:00 radələrində Quba rayonunda avtomobil su kanalına aşıb, sərnişin ölüb. Bu barədə 28 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə rayonun Hacıhüseynli kəndi ərazisində baş verib. Belə ki, Qımılqışlaq kənd sakini idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.
Nəticədə sürücü sudan çıxarılıb, sərnişin isə suda boğulub.