Bakı sakininə məxsus Quba rayonunun Digah kəndindəki yaşayış olmayan evindən oğurluq edilib. Bu barədə dekabrın 9-da Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat verib.
Məlumata əsasən, iki Quba sakini evin qapısını sındıraraq televizor, noutbuk, DVD pleyer, rəqəmsal peyk antena nizamlayıcısı və digər elektrik məişət avadanlıqlarını oğurlayıblar.
Faktla bağlı araşdırmalar davam edir.