Quba rayonunda 18 iyun tarixində “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək. Bu barədə 14 iyun tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Sərgidə sahibkarlar tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq. Festival Nizami parkında təşkil ediləcək. Yarmarka saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.
Qeyd edək ki, “KOB Fest” yarmarkaları aprel ayından keçirilir. Festivallar artıq Bakıda, Şəmkirdə, Gəncədə, Lənkəranda və Sumqayıtda baş tutub.