Bu gün, iyunun 18-də Qubada “KOB Fest” sərgi-satış yarmarkası keçirilir. Bu barədə Report məlumat verib.
Yarmarkada Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və digər şəhər və rayonlardan olan 70-dən çox sahibkar iştirak edib. Onlar 1 000-dən çox kənd təsərrüfatı məhsulları, un məmulatları, hazır qida, müxtəlif sənaye və tekstil məhsulları təqdim ediblər. Həmçinin sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunub.
Məqsəd yerli məhsulların tanıdılması, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.
Daha öncə “KOB Fest” Bakı, Şəmkir, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində təşkil edilib.
Növbəti yarmarka iyulun 7-də Şəkidə keçiriləcək.