Bu gün Qubada şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib. Bu barədə 15 oktyabr tarixində APA məlumat verib.
Quba, Qusar və Xaçmaz rayonlarından olan şəhid ailələrinin üzvləri, eləcə də qazilər kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji, elektrokardioqram və exokardioqram müayinəsindən keçiriliblər.
Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib.