Qubada yağan yağışlar nəticəsində çaylarda yaranmış sel suları bir sıra fəsadlar törədib. Bu barədə mayın 25-də Report məlumat yayıb.
Ağ çayın üzərində yerləşən körpünün güclü seldən uçması nəticəsində rayon mərkəzindən 13 kilometr məsafədə yerləşən Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Quba-Susay-Xınalıq avtomobil yolunun 25-ci kilometrliyində, Gəray kəndində yağıntı sularının yaratdığı sel nəticəsində körpünün ətrafı yuyulub, körpü qəzalı vəziyyətə düşüb.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ərazilərə xüsusi texnikalar cəlb edilib.