Qubadlıda yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib. Bu barədə iyunun 17-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Muradxanlı kəndinin ərazisində 4 tondan artıq olan 16 403 ədəd çətənə kolu yandırılıb.
İyunun 14-də Füzulidə, iyunun 15-də isə Xocavənddə ümumilikdə 1 tondan çox çətənə kolu aşkarlanaraq məhv edilmişdi.