İyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək. Bu barədə 2 iyul tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Məlumata əsasən, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub.
Ticarət şəbəkələrinin ünvanları barədə məlumatı linkə daxil olmaqla əldə etmək olar.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər.