Qusar rayonunun Kuzunqışlaq kəndində yaradılan aqroparkda 200 nəfər daimi, 150 nəfər isə mövsümi işlə təmin edilib. Bu haqda iyunun 14-də Azərtac məlumat verib.
300 hektar ərazidə yaradılan aqroparkda 264 hektar alma, 6 hektar gavalı, 19 hektar intensiv gilas bağları salınıb. Ötən il 17 min tondan çox məhsul əldə edilib.
Məlumatda deyilir ki, aqroparka 15 milyon manat güzəştli kredit verilib.
Hazırda Azərbaycanda 32 rayon üzrə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 44 aqropark fəaliyyət göstərir, digərlərində isə layihələndirmə işləri gedir. Hazırda aqroparklarda ümumi olaraq 4500-dək işçi daimi, 6300-dən çox işçi isə mövsümi çalışır.
İndiyədək 25 aqroparka 184 milyon manat dövlət güzəştli krediti ayrılıb.