Dekabrın 9-u Tehranda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev İranın neft naziri Cavad Oci ilə görüşüb. Bu barədə APA məlumat paylaşıb.
Məlumata əsasən, görüşdə qaz sahəsində ölkələrarası əməkdaşlıq və Xəzər dənizində əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub. Həmçinin ikitərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.
Daha öncə, noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz nəqlinə dair müqavilə imzalanıb. Sənədə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz ötürüləcək.