Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində iki qonşu arasında baş verən dava birinin xəsarət alması ilə nəticələnib. Bu haqda iyunun 22-də Report xəbər verib.
Belə ki, qonşusu 55 yaşlı Sarvan Məhərrəmova kəsici alətlə xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.