Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yevlax şəhərində Yevlax, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcək. Bu haqda iyunun 9-da Nazirlikdən məlumat verilib.
Görüş 16 iyun 2022-ci il tarixində saat 10:00-da Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Nazir nəqliyyat, internet, teleradio yayımı və poçt xidmətləri barəsində vətəndaşları maraqlandıran məsələləri dinləyəcək.
Qəbula yazılmaq üçün iyunun 15-dək qurumun Çağrı Mərkəzi (1655), elektron poçtu və 012 598 58 58 nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.