Azərbaycanın xalq artisti, aktyor Rasim Balayev əməliyyat olunub. Bu haqda mayın 6-da Report məlumat paylaşıb.
“Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”, - deyə aktyor açıqlama verib.
Xalq artisti 8 avqust 1948-ci ildə Ağsu rayonunda doğulub. O, iki ay öncə uroloji əməliyyat olmuşdu.
Qeyd edək ki, Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbər vəzifəsinə namizədliyi yekdilliklə irəli sürülüb. Daha öncə bu vəzifəni xalq yazıçısı Rüstəm İbrahimbəyov icra edirdi.