Azərbaycanda "RİA Novosti" portalının bloklanmasının səbəbi açıqlanıb. Bununla bağlı iyunun 4-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Report-a açıqlama verib.
Saytın ölkədə bloklanması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla tənzimlənir. Bu qanuna əsasən, dövlətin və cəmiyyətin maraqlarına təhdid yarandığı hallarda informasiya resursuna giriş məhdudlaşdırılır.
Qeyd olunub ki, adıçəkilən xəbər agentliyi sistemli olaraq ərazi bütövlüyümüzə qarşı, separatçı meyilləri təşviq edən məlumatlar yayıb.