Sumqayıt çimərliyindən istifadə müvəqqəti olaraq qadağan edilib. Bu haqda iyunun 9-da Səhiyyə Nazirliyi məlumat yayıb.
Şəhər çimərliyində aparılmış monitorinq zamanı dəniz suyunda bağırsaq çöpləri qrupu bakteriyalarının sayı normadan çox olub.
Müayinələrin nəticələrinə görə, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Nardaran çimərliklərində dəniz suyunun bakterioloji göstəriciləri normadadır. Şıx, Sahil, Hövsan, Türkan və Pirşağı çimərliklərinin çirklənmə səviyyəsi isə yüksəkdir.