Paytaxtın Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsində iyunun 4-nə keçən gecə nəqliyyatın hərəkəti qismən məhdudlaşacaq. Bu barədə iyunun 3-də Report Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən məlumat paylaşıb.
Buna səbəb Formula 1 üzrə Azərbaycan Qran-prisinə görə təhlükəsizlik baryerlərinin quraşdırılmasıdır.
Yolun sözügedən hissəsi yarış bitənədək bağlı olacaq.
Həmçinin iyunun 5-nə keçən gecə Neftçilər prospektində, Bakı Dəniz Vağzalının önündəki yol bir qədər daralacaq. Buna səbəb isə beton blokların quraşdırılmasıdır.
Azərbaycan Qran-prisi iyunun 10-12-də baş tutacaq.