Rezidenturaya qəbul imtahanının birinci mərhələsi mayın 15-də keçiriləcək. Bu haqda Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bakı və Naxçıvanda təşkil edilən imtahan saat 11:00-da başlanacaq. Mərhələdə 1279 namizədin iştirak edəcəyi gözlənilir.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytına daxil olaraq çap edə bilərlər. Həmçinin onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur.