Azərbaycanda bloklanan “RİA Novosti” xəbər portalı separatçı Artak Beqlaryanla olan müsahibəni silib. Bu barədə iyunun 10-da Trend məlumat yayıb.
Həmin xəbərdən sonra ölkə ərazisində sayta giriş məhdudlaşdırılmışdır.
Saytın ölkədə bloklanması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla tənzimlənir. Bu qanuna əsasən, dövlətin və cəmiyyətin maraqlarına təhdid yarandığı hallarda informasiya resursuna giriş mümkünsüz olur.