Bu gün, mayın 9-dan Rusiyanın “Azimut” aviaşirkəti Soçi-Bakı istiqaməti üzrə uçuşlara başlayır. Bu barədə aviaşirkətin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, uçuşlar həftədə 2 dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Biletlərin qiyməti bir istiqamət üzrə 127 avrodan başlayır.
Qeyd edilib ki, iyun ayından aviaşirkət uçuşların tezliyini artırmağı planlaşdırır.