Rusiyanın Abrau-Durso şirkətlər qrupu Azərbaycanın ASK Şəki Şərab zavodunu alır. Bu barədə 28 dekabr tarixində Sputnik Azərbaycan öz Telegram kanalında məlumat verib.
Məlumatda deyilir ki, Abrau-Durso müəssisənin inkişafına 2,3 milyon avrodan çox sərmayə qoyacaq.
Zavodda istehsal olunan şərabların Rusiya və Türkiyəyə ixracı nəzərdə tutulub.
ASK Şəki Şərab zavodunun əsası 2006-cı ildə qoyulub. Müəssisə il ərzində 3000 ton üzüm emal edir və bu üzümdən 2,6 milyon şüşə şərab istehsal olunur.
Abrau-Durso şərab evi 1870-ci ildən fəaliyyət göstərir. Şirkət 2020-ci ildə 41 milyondan çox şüşə şərab satışı etmişdir.