Gələn ildən etibarən Rusiyanın “Rostselmaş” şirkəti Azərbaycanda “Nova” kombaynlarının istehsalına başlamağı planlaşdırır. Bu barədə 18 may tarixində şirkətin yeni bazarlara satış üzrə direktoru Maksim Maksimova istinadən APA xəbər verib.
Məlumata əsasən, burada istehsal olunacaq avadanlıqların üçüncü ölkələrə də satışı nəzərdə tutulur. Şirkət nümayəndəsinin sözlərinə görə, məsələn Azərbaycan üzərindən İrana birbaşa satışlar həm şirkətin özünə, həm də tərəfdaşlarına maraqlı olardı.