Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyunun iştirakçısı, azərbaycanlı Rövşən Əsgərov axtarışa verilib. Bu barədə mayın 11-də TASS məlumat yayıb.
Onun axtarışa verildiyi maddə açıqlanmayıb.
Ötən ay Rusiyada Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi müəyyən edib ki, R. Əsgərov Facebook-da Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib.