Gömrükçülər Rusiyadan Azərbaycana qanunsuz dərman preparatlarının gətirilməsinin qarşısını alıb. Bu barədə iyunun 20-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, Rusiyadan “Samur” gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi saxlanılıb. Avtomobilin saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 490 ədəd tablet, 250 kapsul və 13 qutu müxtəlif markalı dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.