Rusiyadan hərəkət edən avtomobildə külli miqdarda siqaret aşkarlanıb. Bu barədə dekabrın 17-də Dövlət Gömrük Komitəsi məlumat yayıb.
“Samur” gömrük postunda Rusiyadan gələn “DAF” markalı yük avtomobili saxlanılıb və stasionar rentgen qurğusundan keçirilib.
Avtomobilin yoxlanılması zamanı yük yerində mal-müşayiət sənədlərində qeyd olunmayan 149 800 ədəd müxtəlif markalı siqaretlər tapılıb.
Bundan əvvəl, dekabrın 16-da Azərbaycan gömrükçüləri “Qırmızı Körpü” postunda Gürcüstandan Azərbaycana hərəkət edən avtomobildə dərman vasitələri aşkarlayıb.