Rusiyanın Baş naziri Mixail Mişustin və Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcəklər. APA-nın iyunun 30-da yaydığı xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Bu yaxınlarda xarici işlər nazirimiz Bakıda idi. Onu qəbul etməyə vaxt ayırdığınız üçün təşəkkür edirik”, - deyə qonşu ölkənin başçısı əlavə edib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 23-də Azərbaycana gəlmişdir. Səfər çərçivəsində o, Prezident İlham Əliyevlə görüşmüşdür.