“Azərişıq” ASC-nin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun cinayət işi üzrə istintaq başa çatıb. Bu barədə iyunun 22-də Baş Prokurorluq məlumat yayıb.
Onlar Yevlax sakininin evində sayğacdankənar işıq xəttinə qoşulma müəyyən etsələr də, akt tərtib edilməməsi müqabilində vətəndaşdan rüşvət alıblar.
Sözügedən şəxslərə “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma” maddələrilə ittiham elan edilib. Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.