Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır və infeksiyaya qarşı bütün zəruri tədbirlər həyata keçirilir. Bunu dekabrın 9-da Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov deyib.
Mütəxəssis koronavirusun yeni ştamı “Omicron”dan qorunmaq üçün əhalini vaksinasiyadan keçməyə çağırıb: “Məhz vaksinasiya nəticəsində yüzlərlə yaşlı, müxtəlif risk faktorları, xroniki xəstəlikləri olan insanların həyatı xilas edilib”.
“Yetkin əhalinin 60%-dən çoxu hər iki doza peyvənd alıb”, - deyə ekspert əlavə edib.
ÜST ilk dəfə 24 noyabrda Cənubi Afrikada aşkarlanan “omicron” variantının əvvəlki mutasiyalardan daha yüksək təkrar yoluxma nisbətinə malik olduğunu bildirib. “Omicron” ştamına qısa müddətdə bir çox ölkələrdə - Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib.