Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı 1 milyon manat vəsait ayrılıb. Bu barədə iyunun 9-da Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sözügedən yol 4 000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.
Qeyd edək ki, iki gün öncə, iyunun 7-də Pirallahı rayonu ərazisində avtomobil yollarının təmiri ilə bağlı 1 milyon manat ayrılmışdı.