Saatlının Yeni Novruzlu kəndində evdə yanğın olub. Bu haqda mayın 24-də Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları alovlanıb.
Yanğın söndürülüb.
Bununla yanaşı, paytaxtın Suraxanı rayonunda birmərtəbəli evin mətbəxində aspirator və mətbəx mebeli qismən yanıb. Lambirindən ibarət tavan isə yüksək temperaturdan əriyib. Alov söndürülüb.