Saatlı rayonunda kütləvi zəhərlənmə olub. Bu barədə 4 iyul tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.
Bildirilib ki, 8 qadın kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qeyd olunub ki, zəhərlənmənin hansı kimyəvi maddədən baş verdiyi məlum deyil.