Saatlıda Məmmədabad–Genişkənd avtomobil yolu yenidən qurulur. Bu barədə iyunun 14-də AAYDA məlumat yayıb.
Yolun uzunluğu 3 kilometrdir. Hazırda torpaq işləri, yol yatağı və yol əsası inşası aparılıb. Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə suötürücü boruların quraşdırılması işləri görülüb.
Əvvəllər yolun torpaq əsaslı və çınqıl örtüklü olması vətəndaşlara çətinliklər yaradırdı. Yolun yenidən qurulması ilə 2 yaşayış məntəqəsinin 4 mindən çox əhalisinin gediş-gəlişi asanlaşacaq.
[URIS id=53498]