Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 13 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 31-36° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq, şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-26°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.