Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 3 avqust tarixində xəbər verir.
Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.