Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat paylaşıb.
Bakıda havanın temperaturu gecə 13-15° isti, gündüz 22-24° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı və yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.
Rayonlarda havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.