Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz saatlarından arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 21-23°, gündüz 34-36° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.