Sabah, mayın 17-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçiriləcək. Bu barədə 16 may tarixində Report məlumat verib.
Məlumata əsasən, Milli Məclisin inzibati binasında keçiriləcək tədbirdə Azərbaycan, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edəcəklər.
Konfransda “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq və post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.