Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 2 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 28-33° isti olacaq.
Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 29-34°, dağlarda gecə 8-13°, gündüz 13-18° isti olacaq.