Sabah, mayın 26-da saat 10:00-dan etibarən Gədəbəydə tam olaraq, Şəmkir və Yevlaxın isə bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İB məlumat verib.
“Çənlibel” və “Gədəbəy” QPS-lərdən, “Zəhmət” və “Morul” QTM-lərdən, “Yastı Meşə” və “28 May (Aran)” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Buna səbəb “Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində qaz sızmalarının ləğv edilməsi və “Aran” QPS-də aparılan təmir işləridir.