Sabah magistraturaya sənəd qəbulu yekunlaşacaq. Ərizələrin qəbulu 17 may saat 23:59-dək davam edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bu gün saat 09:35-ə olan məlumata görə, 8 091 bakalavr ərizəsini təsdiq edib. Onlardan 7 492-si Azərbaycan, 599-u isə rus bölməsi olub.
İştirak etmək istəyənlər “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
İmtahan 2022-ci il mayın 29-da keçiriləcək.